Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:35

Belarusda iki müxalifətçi azad olunub


Belarusda iki tanınmış müxalifətçi – «Gənc Cəbhə» Hərəkatının lideri Pavel Severinets və Belarus Sosial-Demokrat Partiyasının lideri Nikolay Statkeviç vaxtından qabaq həbsdən azad olunublar.


Məhkəmə zalında Severenites deyib ki, o, qanunsuz məhkum olunub və özünün azad olunmasını hakimiyyətin məcburi siyasi addımı sayır.


Severinets və Statkeviç 2004-cü ilin payızında etiraz aksiyalarının təşkilinə görə, iki il həbsə və icbari işə məhkum ediliblər. Hər iki müxalifətçi azadlığa bu ilin avqustunda çıxmalıydılar.


Günün bütün mövzuları

XS
SM
MD
LG