Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 20:50

«bp-Azərbaycan» Abrahamsın dediklərinin bir qismini təkzib edir


«bp-Azərbaycan» Les Abrahamsın Böyük Britaniyanın «Mail On Sunday» qəzetinə dediklərinin bir qismini təkzib edir.Bu haqda «Azadlıq» radiosuna şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı Önər bildirib. Onun sözlərinə görə, şirkət rəhbərliyi bəyan edib ki, məqalədə gedən fikirlərin bəzisi onlara tanış gəlsə də, bir hissəsi fantaziyadır: «O baxımdan tanış gəlir ki, BP Azərbaycanda işləyir, digər neft şirkətləri ilə birgə danışıqlar aparıb, bu, olan faktlardır. Amma yerdə qalan fikirləri fantaziya hesab edirik. BP Azərbaycana öz standartları, siyasəti və prinsipləri ilə gəlib. Biz ümidvarıq ki, bu əməkdaşlıq davam edəcək».


BP-nin prezidenti Con Braunun istefasından sonra şirkətin Azərbaycan üzrə koordinatorlarından biri Les Abrahams «Mail On Sunday» qəzetinə deyib ki, şirkət sərfəli neft müqaviləsinin imzalanması üçün Azərbaycan məmurlarının asudə vaxtlarını keçirməsinə, yəni qadınlara, bahalı hədiyyələr alınmasına, qonaqlıqlara 90 milyon dollar xərcləyib. Eyni zamanda, Abrahams etiraf edib ki, o, 1992-1993-cü illərdə Azərbaycanda dövlət çevrilişlərində əli olan kəşfiyyat idarələrindən biriylə əməkdaşlıq edib.


1990-cı illərin əvvəlində Dövlət Neft Şirkətinə rəhbərlik etmiş Sabit Bağırov isə baş verənlərlə bağlı Böyük Britaniya səfirliyi ilə bu günlərdə görüşəcəyini deyir.


XS
SM
MD
LG