Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:04

«Qeyri-neft sektorunun inkişafı üçün ABŞ Azərbaycana hər cür yardım etməyə hazırdır»


Qeyri-neft sektorunun inkişafı üçün ABŞ Azərbaycana hər cür yardım etməyə hazırdır. Bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Frank Mermoud mayın 22-si Bakıda keçirilən ABŞ-Azərbaycan aqrar forumunda dedi. Cənab Mermoudun sözlərinə görə, Azərbaycanda Ümümi Daxili Məhsulun təqribən 40 faizi kənd təsərrüfatı sektorunun payına düşür. Bu sahədə inkişafa nail olmaq üçün Azərbaycan hökumətinin üzərinə bir sıra öhdəliklər düşür. Cənab Mermoud bildirir ki, bu ilk növbədə, makro-iqtisadi sabitliyə nail olmaq, iqtisadi islahatlar həyata keçirmək və korrupsiyaya qarşı mübarizə aparmaqdan ibarətdir. Dövlət Departamentinin əməkdaşı vurğulayır ki, yalnız bu yollarla xarici investorları Azərbaycana cəlb etmək olar.


Forumda bildirildi ki, hazırda Azərbaycanla ABŞ arasında kənd təsərrüfatı sahəsində ticarət dövriyyəsi yetərli deyil. Ötən il ABŞ-dan Azərbaycana bir neçə milyon dollar dəyərində kənd təsərrüfatı malları idxal olunub. Azərbaycandan bu ölkəyə isə təqribən 800 min dollar dəyərində kənd təsərrüfatı malları ixrac olunub.


Günün bütün mövzuları

XS
SM
MD
LG