Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:34

Buşdan Putinə mesaj


İyunun 6-8-i arası Buş Putinlə Almaniyada görüşməlidir

İyunun 6-8-i arası Buş Putinlə Almaniyada görüşməlidir

Corc Buş deyir ki, şəxsi görüşdə Putindən soruşacaq ki, niyə o, düşünür ki, Rusiya demokratiya yolundadır? Amerika prezidenti bildirir ki, bəlkə bu, vaxtaşırı belə görünür, ancaq onun özünə belə görünmür: «Mənim Vladimir Putinə mesajım budur ki, qabağa getməyin daha yaxşı yolu var. Sizin maraqlarınız Qərblə bağlıdır, biz bir yerdə işləməliyik, əməkdaşlıq yolu ilə».


Birləşmiş Ştatlar prezidenti deyib ki, Putin ona və ümumiyyətlə, Qərbə Rusiyanın demokratiya yolu haqda qarışıq siqnallar göndərir. İyunun 6-8-i arası Buş Putinlə Almaniyada görüşməlidir, onda Amerika prezidentinin rusiyalı həmkarına sualları olacaq. Bunu deyən Buş Rusiyanın əsas narazılığına da toxunub: «Mən Müdafiə naziri Geytsi bu yaxınlarda Rusiyaya göndərdim ki, prezident Pitinlə açıq söhbət etsin. Söhbət o qədər geniş və açıq olsun ki, rusiyalılar başa düşsünlər ki, raketlərdən müdafiə qalxanı onlara qarşı deyil. Bu qalxan başqa ölkələrə yönəlib, o ölkələrə ki, Avropada sülhə təhlükədirlər».


Rusiya ABŞ-ın Şərqi Avropa ölkələrində raketlərdən müdafiə sistemləri yerləşdirməsinin qəti əleyhinədir.


Buş keçən həftə Raysı da Moskvaya göndərmişdi, narazılıqların üzərindən bir növ körpü salmağa, ancaq bu, alınmadı. Raysın ancaq bir fikri ilə Rusiya razılaşdı ki, verilən bəyanatların tonunu bir az aşağı salmaq lazımdır. Vladimir Putinin sözlərinə görə, Amerika necə yaşamağı bütün dünyaya diqtə etmək istəyir. O, Çexiya və Polşada raketlərdən müdafiə sisteminin yerləşdirilməsini «soyuq müharibə» dövründə Qərbi Avropada Amerika raketlərinin yerləşdirilməsinə oxşadır.


Rays isə Moskvada Putinlə görüşəndən sonra dedi ki, Amerikanın təhlükəsizliyi ilə bağlı məsələyə kiminsə veto qoymağa hüququ yoxdur.


Günün bütün mövzuları

XS
SM
MD
LG