Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:13

«Xaricdən təsirlə ölkənin daxilində vəziyyəti yaxşılaşdırmaq olmaz»


«AŞ PA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi postu təsis edilməlidir»
«AŞ PA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi postu təsis edilməlidir»

«Realnı Azərbaydjan» və «Gündəlik Azərbaycan» qəzetləri ətrafında baş verənlər şərtsiz Azərbaycanda demokratiyanın vəziyyəti haqqında növbəti məsələ qaldırır. Bu, Avropa Şurasının Azərbaycan üzrə neqativ məruzəsindən sonra baş verir. Əlbəttə, ölkədə mətbuat azadlığının vəziyyətini qaneedici saymaq olmaz». Bu barədə BBC-nin Azərbaycan xidmətinə müsahibəsində Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə məruzəçisi Andres Herkel bildirib.


Məruzəçi deyib ki, hətta Belarusda Avropa Şurasının tənqidini nəzərə alırlar: «Lakin Azərbaycan hakimiyyəti açıq şəkildə ifadə edir ki, bu tənqidə əhəmiyyət vermir».


Herkel deyib ki, xüsusən, böhtana görə, cinayət cəzasının ləğvi, siyasi məhbusların azad edilməsi və telekanalların real müstəqilliyi haqqında məsələ qoyulub. Lakin bütün bu tövsiyələr havada qalıb.


Bundan sonra hansı addımın atılacağı sualına cavabda məruzəçi deyib ki, AŞ PA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi postu təsis edilməlidir: «Sözügedən qəzetlər ətrafında baş verən hadisələr üzrə isə ayrıca məruzə hazırlamaq lazımdır. Sanksiyalara gəldikdə isə, bu problemli məsələdir, baxmayaraq ki, mümkündür və çoxları bunu dəstəkləyir. Eyni zamanda, biz Azərbaycanın Avropa Şurasının üzvü kimi qalmasında çox maraqlıyıq. Problem bundadır ki, xaricdən təsirlə ölkənin daxilində vəziyyəti yaxşılaşdırmaq mümkün deyil. Lakin sonda beynəlxalq ictimaiyyətin Azərbaycana münasibətləri kəskin mənfi olacaq və bu ölkənin nüfuzuna böyük zərər gətirəcək».


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG