Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:59

Rusiya raket əleyhinə müdafiə üzərində birgə işlməyi təklif edir


«Hər hansı birini tam təhlükəsizliklə başqaları hesabına təmin etmək xülyadır»

«Hər hansı birini tam təhlükəsizliklə başqaları hesabına təmin etmək xülyadır»

«Biz heç vaxt istənilən təhlükədən müdafiə üzrə birgə fəaliyyətlərin əleyhinə olmamışıq. Əgər bu cəhdlər həqiqətən kollektiv, təhlükələr isə realdırsa. Elə buna görə, biz Avropa, Rusiya və MDB partnyorlarımıza mümkün raket-nüvə təhlükələrinin birgə qiymətləndirilməsinə başlamağı təklif edirik». Mayın 22-də Bakı Dövlət Universitetinin tələbələri qarşısında çıxış edərkən Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov belə deyib.


«Turan»ın məlumatına görə, nazir deyib ki, istənilən birtərəfli addımları Avropanın parçalanması üçün «tədarük»dən başqa heç cür qiymətləndirmək olmaz. Ona görə, ABŞ-ın milli raket əleyhinə müdafiə elementlərinin Avropaya yerləşdirilməsi haqqında qərara Rusiya və bütün Avropa üçün «risk yaradan qərar» kimi baxılır: «Hər hansı birini tam təhlükəsizliklə başqaları hesabına təmin etmək xülyadır ki, bunu Avropa tarixi bir neçə dəfə sübut edib». Lavrov deyib ki, belə siyasət qarşıdurmadan başqa bir şey deyil.
Bununla yanaşı, o, Rusiyanın Avropanın raket əleyhinə müdafiənin texnoloji, strateji və siyasi aspektlərinin qiymətləndirilməsi üzrə birgə işdə bərabər hüquqla iştirak etməyə hazır olduğunu ifadə edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG