Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:19

Allahşükür Paşazadə: «Bu həcc mövsümündə Azərbaycana 6 min nəfərlik kvota ayrılıb»


Bu həcc mövsümündə Azərbaycan üçün 6 min nəfərlik kvota ayrılıb. Bu barədə mayın 22-də Bakıda jurnalistlərə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə məlumat verib.


«Trend» xəbər verir ki, bu haqda razılıq QMİ rəhbərinin 19-21 may tarixində Səudiyyə Ərəbistanına səfəri zamanı əldə olunub.


«Keçən mövsüm zamanı Səudiyyə Ərəbistanının Dini İşlər üzrə Nazirliyi Azərbaycan zəvvarlarına 4300 yer ayırmışdı. Lakin bu il QMİ zəvvarların sayının artmasını nəzərə alaraq kvotanın artırılması ilə bağlı Krallıq hökumətinə müraciət edib» - deyə Şeyxülislam qeyd edib.


İdarə rəhbərinin məlumatına əsasən, bu il Azərbaycan tərəfi Səudiyyə Ərəbistanının aviaşirkəti ilə Bakıdan Mədinəyə birbaşa reys açılması barədə razılıq əldə edə bilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG