Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:51

Jurnalistlərin Müdafiə Komitəsi hakimiyyətindən «Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinə qarşı təzyiqlərə son qoymağı tələb edir


«Biz Eynulla Fətullayevə qarşı hədələrdən narahatıq və Azərbaycan hakimiyyətini həmkarımızın müdafiəsi üçün bütün zəruri addımları atmağa, ona qarşı olan hədələri araşdırmağa çağırırıq», - deyə Beynəlxalq Jurnalistlər Komitəsinin icraçı direktoru Coel Saymon bildirib. Bu barədə «Turan» xəbər yayıb.


«Biz tələb edirik ki, hakimiyyət jurnalistlərin gələcəkdə kənardan müdaxilələr olmadan fəaliyyətlərini davam etdirmələrinə imkan versin», - deyə Saymon qeyd edib.


BJK-nın bəyanatında xatırladılır ki, mayın 17-də naməlum şəxs «Realnıy Azerbaydjan» qəzetinin həbsdə olan redaktoru Eynulla Fətullayevin mənzilinə zəng edib və onun anasını bu, müxalif qəzetin nəşri dayandırılmayacağı təqdirdə redaktorun həbsxanada öldürüləcəyilə hədələyib.


Mayın 20-də isə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları jurnalistlərin etirazlarına baxmayaraq, qəzetin ofisini möhürləyiblər.


XS
SM
MD
LG