Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:10

«Jurnalistlər korrupsiyadan yazdıqlarına görə həbs edilirlər»


Parlamentin mayın 22-də keçirilən iclasında deputatlar ölkə mediasının vəziyyətini müzakirə ediblər

Parlamentin mayın 22-də keçirilən iclasında deputatlar ölkə mediasının vəziyyətini müzakirə ediblər

Mayın 22-də Milli Məclisin növbəti iclasında bəzi deputatlar jurnalistlərə qarşı son vaxtlar artan təzyiqlərlə bağlı məsələyə münasibət bildiriblər.


Pənah Hüseyn, İqbal Ağazadə və digərləri tələb ediblər ki, jurnalistlərin həbsləri, qəzetlərin cərimələnməsi dayandırılsın. Millət vəkilləri parlamentin bu məsələyə rəsmi münasibət bildirməsinin təklif etdilər.


Pənah Hüseyn Fövqəladə Hallar Nazirliyinin «Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin ofisini bağlamasını yolverilməz hesab edib: «Bu cür hallarının baş verməsi ölkənin kimin idarə etməsini şübhə altına alır».


YAP-dan olan deputatlar Siyavuş Novruzov, Aydın Mirzəzadə baş verənlərin qanun çərçivəsində olduğunu bildirib və jurnalistlərin qanuna hörmət etməli olduqlarını vurğulayıblar.


Cəmil Həsənli isə mətbuat işçilərinin kiminsə şərəf və ləyaqətini təhqir etdiklərinə görə yox, korrupsiyadan, rüşvətxorluqdan yazdıqlarına görə həbs edildiklərini bildirib.


Günün bütün mövzuları

XS
SM
MD
LG