Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:11

Eynulla Fətullayev terrorçuluqla hədələmədə təqsirləndirilir


Eynulla Fətullayev aprelin 20-də azadlıqdan məhrum edilib

Eynulla Fətullayev aprelin 20-də azadlıqdan məhrum edilib

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev bildirib ki, Eynulla Fətullayevin evində və ofisində aparılan axtarışlar yeni cinayət işinin qaldırılması ilə bağlıdır: «MTN-nin İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-cü maddəsi ilə terrorçuluqla hədələmə faktı üzrə cinayət işi başlanıb. Həmin cinayət işi üzrə Eynulla Fətullayevin ofisində, eləcə də onun evində qanunvericiliklə müəyyən edilmiş qaydada axtarış aparılır».


Mayın 22-də səhər saatlarda hüquq mühafizə orqanlarının əməkdaşları axtarış aparmaq üçün «Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin mənzilinə gəliblər. Jurnalistin mənzili Yasamal rayonu 2-ci «Xrebtovı», dalan 16 ünvanında yerləşir. Valideynləri qapını açmayıblar. Atası Emin Fətullayev hadisə yerində olan «Azadlıq» radiosunun müxbirinə deyib ki, hal şahidləri və vəkil İsaxan Aşurov gələrsə, qapını aça bilərlər.


Jurnalistin anası Gülşən Fətullayeva isə: «Mən onları evə buraxmıram. Bilirəm ki, onlar evə nəsə atıb, sonra mənim oğlumu ittiham edəcəklər. Mən benzin hazırlamışam və əgər onlar bir şey etsələr özümü yandıracağam» deyib.


Saat 12.50 radələrində vəkil İsaxan Aşurovun gəlməsindən sonra evdə axtarış başlayıb. Axtarışdan əvvəl polis güc tətbiq edərək jurnalistləri ərazidən kənarlaşdırıb.


Paralel olaraq «Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin redaksiyasında da axtarış aparılır.


Aprelin 20-də Eynulla Fətullayev Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə (böhtan) təqsirləndirilərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.



Günün bütün mövzuları

XS
SM
MD
LG