Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:45

Nazirlərin görüşündə İran məsələsi də müzakirə edilib


Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdə ABŞ-ın Çexiyada raket əleyhinə müdafiə sistemi qurmasını da müzakirə etdiyini deyir. Nazir jurnalistlərə bildirib ki, bu yöndə baş verənlərin mümkün nəticələri hesablanmalı, ölçülüb-biçilməlidir: «Biz Avropada sabitliyin möhkəmləndirilməsini isəyirik, riskli problemlər yox».


Elmar Məmmədyarov isə həmkarının Rusiyanın bu problemə yanaşması haqda ona məlumat verdiyini deyib. O ki qaldı, raket əleyhinə müdafiə məqsədilə Qəbələ RLS-dən ABŞ və Rusiyanın birgə istifadəsi haqda səslənən fikirlərə, Məmmədyarov deyimr: «Qəbələ RLS Azərbaycanın mülkiyyətidir. Onunla bağlı danışqılar gedərsə, mütləq Azərbaycan məlumatlandırılmalıdır».


Nazirlərin görüşündə həmçinin İran məsələsi də müzakirə edilib. Sergey Lavrovun sözlərinə görə, İran ətrafında durumun gərginləşdirilməsini və siyasiləşdirilməsini istəmirlər. Tehranla bağlı sual doğuran istənilən məsələlər dialoq yolu ilə həll olunmalıdır.


XS
SM
MD
LG