Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:49

Fərhad Əliyevin işinə məhkəmə baxışı mayın 30-da başlayacaq


Məhkəmə təqsirləndirilən şəxslərin vəkillərinin heç bir vəsatətini təmin etməyib

Məhkəmə təqsirləndirilən şəxslərin vəkillərinin heç bir vəsatətini təmin etməyib

Mayın 21-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin, onun qardaşı - «Azpetrol» şirkətinin keçmiş prezidenti Rafiq Əliyevin və daha 17 nəfərin cinayət işi üzrə məhkəmə hazırlıq iclası işini başa çatdırıb. Rafiq Əliyevin vəkili Fuad Ağayevin mayın 17-də cinayət işinə xitam verilməsi, işin ibtidai istintaqını həyata keçirən respublika Baş Prokurorluğuna göndərilməsi ilə bağlı qaldırdığı vəsatəti hakim təmin etməyib.


Fuad Ağayev «Azadlıq» radiosuna bildirib ki, təqsirləndirilən başqa şəxslərin vəkillərinin vəsatətləri də ya təmin edilməyib, ya da baxılmamış qalıb: «Vəkillərdən yalnız birinin əlavə şahid ifadəsinin alınması ilə bağlı vəsatəti təmin edildi».


Dövlət ittihamçısı Nazir Bayramovun hazırlıq iclasının yekunlaşdıraraq məhkəmə baxışının təyin olunması ilə bağlı qaldırdığı vəsatət təmin edilib. Hakim Tofiq Paşayev bildirib ki, mayın 30-da məhkəmə istintaq prosesi öz işinə başlayacaq.


İş üzrə təqsirləndirilən Fərhad Əliyev, Rafiq Əliyev və İqtisadi İnkişaf Nazirliyinin keçmiş əməkdaşlarından ibarət olan 17 nəfərə Cinayət Məcəlləsinin mənimsəmə və ya israf etmə, qanunsuz sahibkarlıq, qaçaqmalçılıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma, vəzifə saxtakarlığı maddələri ilə ittiham elan olunub.



Günün bütün mövzuları

XS
SM
MD
LG