Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:27

Jurnalistlər ölkə ictimaiyyətinə müraciət etdi


Nəşrlərin heyəti fəaliyyətlərini yaxın günlərdə bərpa etməyə çalışacaqlarını bildirirlər
Nəşrlərin heyəti fəaliyyətlərini yaxın günlərdə bərpa etməyə çalışacaqlarını bildirirlər
«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin kollektivi ölkə ictimaiyyətinə müraciət edib.

Kollektiv hesab edir ki, ofisdən çıxarılmaları hakimiyyətin siyasi göstərişilə həyata keçirilib və məqsəd qəzetlərin fəaliyyətini pozmaqdır. Kollektiv hadisəni qəzetlərin baş redaktoru Eynulla Fətullayevin həbsilə başlayan təzyiqlərin növbəti mərhələsi hesab edir. Bu baxımdan da onlar hakimiyyətdən təzyiqlərin dayandırılmasını tələb edirlər. Bundan başqa, bəyanatda yerli və beynəlxalq təşkilatlardan təzyiq kampaniyasının dayandırılmasında kömək istənilir. Nəşrlərin heyəti fəaliyyətlərini yaxın günlərdə bərpa etməyə çalışacaqlarını da bildirirlər.


Prezident Aparatı İctimai-Siyasi Şöbəsinin müdiri Əli Həsənov məsələyə hər hansı şərh vermək istəməyib.


Mayın 18-də axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin bir qrup əməkdaşı sözügedən qəzetlərin redaksiyasına gələrək ofisdə yanğın təhlükəsizliyi ilə bağlı xeyli problemlərin olduğunu bildiriblər. Mayın 20-də isə həmin problemlərin aradan qaldırılmasıyla bağlı qəzetlərin qapıları möhürlənib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG