Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 01:33

Lavrov Bakıya gəlib


S.Lavrov Elmar Məmmədyarov və İlham Əliyevlə danışıqlar aparacaq
S.Lavrov Elmar Məmmədyarov və İlham Əliyevlə danışıqlar aparacaq

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov mayın 21-də iki günlük səfərlə Bakıya gəlib. O, azərbaycanlı həmkarı Elmar Məmmədyarov və dövlət başçısı İlham Əliyevlə danışıqlar aparacaq. «Turan»ın məlumatına görə, görüş zamanı ikitərəfli münasibətlərin inkişafı məsələləri və aktual beynəlxalq problemlər nəzərdən keçiriləcək.
Mayın 22-də Lavrov Bakı Dövlət Universitetində məzurə ilə çıxış edəcək və Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə ilə görüşəcək.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mixail Kamınin bildirib ki, Moskva Azərbaycanla enerji əməkdaşlığının genişlənməsinə ümid edir: «Güman edirik ki, Rusiya və Azərbaycan üçün təbii sayılan yanacaq-energetika kompleksilə yanaşı, neftlə bağlı olmayan sahələrdə də ikitərəfli əlaqələrin genişlənməsi üçün yaxşı perspektivlər var». Onun sözlərinə görə, Lavrov Bakıda həmçinin Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcək.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG