Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:02

İran-Naxçıvan müştərək bazarını su basıb


Kənd sakinlərinin məlumatına görə, həyətdəki qrunt sularını nasoslarla da təmizləmək mümkün deyil

Kənd sakinlərinin məlumatına görə, həyətdəki qrunt sularını nasoslarla da təmizləmək mümkün deyil

Araz çayında su səviyyəsinin qalxması səbəbindən Naxçıvan Muxtar Respublikasının Kəngərli rayon Şahtaxtı kəndi ərazisində yerləşən İranla MR-in müştərək bazarını da su basıb. Müştərək bazardakı mağaza sahiblərinin verdiyi məlumata görə 40-a yaxın dükan suyun altında qalıb. Artıq 12 gündür İranla Şahtaxtı gömrük keçid məntəqəsi fəaliyyətini dayandırıb. Buna səbəb isə keçiddəki körpünün suyun altında qalmasıdır.


Kəngərli rayon Təzəkənd yaşayış məntəqəsində də vəziyyət təhlükəli olaraq qalır. Kənd sakinlərinin məlumatına görə həyətdəki qrunt sularını nasoslarla da təmizləmək artıq mümkünsüz olub. Kənddəki 15 evə ciddi ziyan dəyməsinə baxmayaraq sakinlər gedəcək yerləri olmadığından evlərini boşaltmırlar.


Araz çayında su səviyyəsinin qalxmasını Ermənistanın Naxçıvana yaxın ərazisində çayın üzərində yerləşən bəndinin partlaması daha da sürətləndirib. Türküyə ilə Naxçıvan arasında olan ərazidə suyun nəzarətə alınması üçün Sədərək gömrük məntəqəsinin rəhbərliyi Türküyə tərəfdən yadım istəyib. İqdır vilayətindən Sədərəyə texnika gətirilib. İqdırın bələdiyyə başqanı Nürəddin Aras «Azadlıq» radiosuna bildirib ki, Naxçıvan İqdır yolunun qısa müddətə belə fəaliyyətini dayandırması həm MR-in, həm də İqdırın iqtisadi vəziyyətinə ciddi ziyan vura bilər.


Hazırda Araz çayında suyun səviyyəsi 5 metr 85 sm-ə yaxındır ki, bu da normadan 2 metr 35 sm çoxdur. 2 gün əvvəl isə çayda suyun səviyyəsi 6 metr 72 sm olub. Metroloqların məlumatına görə yağışın intensivləşəcəyi təqdirdə su səviyyəsinin yenidən qalxma ehtimalı var.


Günün bütün mövzuları

XS
SM
MD
LG