Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:24

«Gündəlik Azərbaycan»ın qapısı bağlandı


Mayın 18-də «Gündəlik Azərbaycan» qəzetinin işıqları söndürülüb

Mayın 18-də «Gündəlik Azərbaycan» qəzetinin işıqları söndürülüb

Mayın 20-də saat 22:30 radələrində Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları «Gündəlik Azərbaycan» qəzetinin redaksiyasının qapısını möhürləyiblər.


Qəzetin redaksiyası möhürlənməmiş gərginlik olub. «Gündəlik Azərbaycan»ın əməkdaşları redaksiyanın qapısının möhürlənməsinə imkan verməyiblər, onlara akt təqdim olunmasını tələb ediblər.


Müzakirələr getdiyi vaxt, hadisə yerinə FHN-nin əsgərləri gətirilib. Onlarla hüquq müdafiəçiləri arasında gərginlik yaranıb. Bundan istifadə edən FHN əməkdaşları redaksiyanın qapısını möhürləyiblər.


FHN-nin şöbə rəisi Rövşən Novruzov «Azadlıq» radiosuna deyib ki, «Gündəlik Azərbaycan» qəzetinin redaksiyasının yerləşdiyi binanın texniki pasportu hələ alınmayıb. Üstəlik, bina texniki təhlükəsizlik tələblərinə cavab vermir.


Hadisə yerində olan hüquq müdafiəçilərindən Novella Cəfəroğlu isə bunu sadəcə bəhanə sayır: «Əgər bina texniki təhlükəsizlik tələblərinə cavab vermirsə, qəzetin redaksiyası möhürlənməmiş gərək, əhalini burdan çıxarsınlar».


Hadisə yerinə ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik də gəlmişdi. O, bildirib ki, hələlik bu məsələ ilə bağlı səfirliyin hansısa bir rəyi yoxdur. Onlar vəziyyəti öyrənirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG