Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:02

Moskvada KİV-də siyasi senzuraya qarşı etiraz aksiyası keçirilib


«Ostankinoya!» adlı yürüş metronun «VDNX» stansiyasından başlayıb, telemərkəzin binasının yaxınlığında mitinqlə başa çatıb.


«Yabloko» partiyası və hüquq müdafiəçilərinin təşkil etdiyi aksiyada 500-dək adam iştirak edib. Nümayişçilər «Rədd olsun əyri ekran!» və «Müxalifətə söz verin!» plakatları tutublar.


Bu cür yürüş Moskvada artıq üçüncü dəfədir ki, keçirilir. «Yabloko» fəalları, jurnalistlər və hüquq müdafiəçilərinin fikrincə, son vaxtlar Rusiyada kütləvi informasiya vasitələrinə qarşı təzyiqlər şiddətlənib. Televiziya hakimiyyətin carçısına çevrilib, müxalifət isə öz mövqeyini bildirmək imkanından məhrum edilib.


XS
SM
MD
LG