Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:18

İmişli sakini etiraz əlaməti olaraq evinin damından şüarlar asıb


İmişli şəhər sakini Rahim Musayev artıq 11-ci gündür ki, öz evində aclıq aksiyası keçirir. O, rayondakı rüşvət hallarına, sosial ədalətsizliyə və təhsil sahəsindəki özbaşınalığa etiraz edir.


Rahim Musayev «Azadlıq» radiosuna bildirib ki, məhz rayon təhsil sahəsindəki özbaşınalıqlara etiraz əlaməti olaraq neçə aydır uşaqları da məktəbə getmir. Rahim Musayev deyir ki, evinin damını söküb, oradan «Özəl məmləkətin kölə vətəndaşlığına yox deyirəm!», «Bizə azadlıq!», «Məmurlar diktatordur, bəs prezident?» kimi şüarlar asıb.


İmişli rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səfa Ağayev isə Rahim Musayevin tələblərini əsassız sayır. Deyir ki, son vaxtlar İmişli şəhərində bəzi məktəb direktorları işlərindən uzaqlaşdırılıb. «Rahim Musayev də həmin məktəb direktorlarını müdafiə edir».


Günün bütün mövzuları

XS
SM
MD
LG