Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:21

«Gündəlik Azərbaycan» qəzeti nəşrini dayandırıb


Mayın 20-də «Gündəlik Azərbaycan» qəzeti çap olunmayıb.

Həmin qəzetin şef-redaktoru Şahvələd Çobanoğlu bunu mayın 18-dən redaksiyaya verilən elektrikin kəsilməsi ilə izah edir.


Mayın 18-də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları «Gündəlik Azərbaycan» qəzetinə gəlib, redaksiyanı möhürləməyə cəhd ediblər. Onlar yanğın təhlükəsizliyi ilə bağlı redaksiyada xeyli problemin olduğunu deyiblər. Daha sonra redaksiyanın yerləşdiyi binanın elektrik enerjisi kəsilib.


Mayın 19-da bütün binanın elektrik təchizatı bərpa olunsa da, hələ də redaksiyaya işıq verilmir.


Həmin binanın kooperativinin sədri Şamxal Ağaşirinov «Azadlıq» radiosuna deyib ki, redaksiyada yanğın təhlükəsizliyinə əməl edilməyib. Məhz bu səbəbdən də onlara elektrik verilmir.


Qəzetin şef-redaktoru Şahvələd Çobanoğlu isə göstərilən səbəbləri bəhanə sayır. Deyir ki, «şitdən yeni elektrik xətləri də çəkməyə hazırıq. Ancaq buna da icazə verilmir».


Şahvələd Çobanoğlunun fikrincə, redaksiyanın elektrik enerjisi «yuxarıdan» verilən sifarişlə kəsilib. Məqsəd qəzetin nəşrini dayandırmaqdır.


XS
SM
MD
LG