Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:23

Şahzadə Harrini İraqın yerinə Əfqanıstana yollaya bilərlər


«Əl-Qaidə» şahzadənin tutulmasına görə mükafat təyin edib

«Əl-Qaidə» şahzadənin tutulmasına görə mükafat təyin edib

Britaniya şahzadəsi Harri xidmət etmək üçün Əfqanıstana yollanacaq. «News of the World» qəzetinin yazdığına görə, o, Əfqanıstana hələ Miladdan əvvəl göndəriləcək.


Gəzlənilir ki, şahzadə Harri Əfqanıstandakı NATO hissələrindən birinə yazılacaq. O, həyat üçün təhlükə törətməyən vəzifələri yerinə yetirəcək. Ola bilsin, o, kiçik qarovul qismində xidmət edəcək, gecələr növbətçiliyə çıxacaq. Deyilir ki, artıq 1 ay xidmətdən sonra Harri medalla mükafatlandırıla bilər.


Bu yaxınlarda şahzadənin İraqa göndərilməsi qərarı ləğv edilib. Böyük Britaniyanın Müdafiə Nazirliyi belə nəticəyə gəlib ki, şahzadənin İraqda olması onun xidmət yoldaşlarını təhlükədə qoyacaq, onlar yaraqlıların hədəfinə çevriləcəklər.


Bundan öncə isə Harri deyib ki, onu İraqa ezam etməsələr, ordudan gedəcək. Harri piyada qoşunu daxilində kəşfiyyat eskadronunun komandiridir. O, mayın sonu-iyunun əvvəli öz polku ilə İraqın cənubundakı Basra rayonuna yollanmalı idi.


İraq yaraqlıları artıq şahzadənin ovunu elan ediblər – onlar internetdə onun ünvanına çoxlu hədələr yayıblar. «Əl-Qaidə» isə onun tutulmasına görə mükafat təyin edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG