Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:37

May hadisələrinin ildönümü ərəfəsində həbslərin artdığı xəbər verilir


Təbriz Universiteti tələbələrinin karikaturalara qarşı etiraz aksiyası, 22 may 2006
Təbriz Universiteti tələbələrinin karikaturalara qarşı etiraz aksiyası, 22 may 2006

İran Azərbaycanında ötən ilin may hadisələrinin ildönümünə həsr olunan kütləvi nümayişlərə çağırış vərəqələri yayıldığı bir vaxtda, təhlükəsizlik tədbirləri də artırılıb. Təbriz, Urmiyə və Ərdəbildə hər gün çoxlu fəal həbs edilir.


Son vaxtlar Urmiyədə tutulanların sayı daha çoxdur. Alınan son məlumatlara görə, Vəhid Bahaduri və Səid Nəsiri adında iki fəal mayın 16-sı gecə Urmiyənin İmam xiyabanında ETTELAAT məmurları tərəfindən tutulub, naməlum istiqamətə aparılıb.


Yayılan vərəqələri çap etməkdə günahlandırılaraq həbs edilən Eyvaz Təhami isə mayın 15-də iş yerində tutulub. Təhlükəsizlik idarəsi - ETTELAATın əməkdaşları fəalın başçılıq etdiyi «Koroğlu» reklam müəssisəsinə hücum edərək, onu nəzarət altına alıblar. Sonra əmlakını müsadirə edib, ofisini bağlayıblar. 35 yaşlı Cənab Təhami Urmiyənin mədəniyyət xadimlərindən biri kimi tanınır.


«Urmu News» xəbər vebloqunun verdiyi məlumata əsasən, Urmiyədə «Azərbaycan» geyim və dərzilik dükanının sahibi Purqurbani və qadın işçilərdən biri Şəfəqi mayın 14-də səhər saat 10 radələrində iş yerində həbs olunublar. Geyim mağazasından aksiyalara çağıran çoxlu vərəqələr tapılıb.


Cənab Purqurbani ötən ilin oktyabrında Azərbaycan türkcəsində təhsil tələbi ilə bağlı yaydığı vərəqələrə görə də tutulub və 20 gün həbsdə saxlandıqdan sonra zaminə buraxılmışdı.


2006-cı il may ayının sonunda azərbaycanlıları təhqir edən karikaturalara qarşı kütləvi etirazlar xeyli insanın yaralanması və həbsi ilə nəticələnmiş, bu hadisələrdə ondan çox fəal həlak olmuşdu. Fəallar bununla bağlı çağırış xarakterli vərəqələr və CD-lər yaymağa başlayıblar.


Mayın 10-da Təbrizdə CD-lər yaydığı üçün tutulan Hüseyn Səbabiyə ağır işgəncələr verildiyi bildirilir. O, bu ayın sonuna qədər evdən çıxmamaq şərti ilə mayın 11-də həbsdən buraxılıb. H.Səbabinin qardaşı Manaf Səbabi hazırda İsveçdə mühacir həyatı yaşayır.


XS
SM
MD
LG