Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:42

Qənimət Zahidov deyir ki, onu ölümlə hədələyirlər


Redaktorlar Birliyi prokurorluqdan məsələnin araşdırılmasını istəyir

Redaktorlar Birliyi prokurorluqdan məsələnin araşdırılmasını istəyir

Mayın 19-da Redaktorlar Birliyi «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidə və qəzetə qarşı təxribatlar hazırlanması, baş redaktorun ölümlə hədələnməsi ilə bağlı Respublika Prokurorluğuna müraciət ünvanlayıb.


Qənimət Zahid deyir ki, iki gün əvvəl ona qarşı təxribatlar hazırlanması ilə bağlı bir neçə mənbədən eyni vaxtda məlumat alıb: «Mənə təsadüfən bəlli olub ki, bizim ətrafımızda çox pis oyunlar hazırlayırlar. Adətən belə xəbərlər olanda, mən belə şeyləri qabartmağı xoşlayan adam deyiləm. Amma çox ciddi təhlükə var. Hətta ölüm hadisəsinə qədər...»


Bunu nəzərə alan Redaktorlar Birliyi Respublika Prokurorluğundan məsələnin araşdırılmasını istəyir.


Hələlik hüquq-mühafizə orqanlarından məsələyə hər hansı münasibət bildirilməyib.


Günün bütün mövzuları

XS
SM
MD
LG