Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:19

Türkiyə hökuməti suya məhdudiyyət qoyub


İkinci dərəcəli ehtiyaclara suyun buraxılması məhdudlaşdırılacaq

İkinci dərəcəli ehtiyaclara suyun buraxılması məhdudlaşdırılacaq

Türkiyə hakimiyyəti ölkə əhalisini suya qənaət etməyə çağırıb. Türkiyənin bir sıra şəhərlərində onun verilməsi kəskin məhdudlaşdırılıb.


Ankarada bütöv rayonların suyunun kəsilməsinə başlanıb.


Ankaranın meri Melih Gökçek bunu onunla izah edir ki, paytaxt regionu son 50 ildə ən quraq dövrünü yaşayır. Ötən qış qeyri-adi dərəcədə quru olub, rezervuarlarda altı aylıq su ehtiyatı qalıb. Böhrandan çıxmaq üçün meriya milyon dollardan çox pul ayırır. İkinci dərəcəli ehtiyaclara suyun buraxılması məhdudlaşdırılacaq, yağış suyu isə xüsusi sisternlərə yığılacaq.


Türkiyənin bir sıra şəhərlərində hakimiyyət artıq avtomobilləri şlanqla yumağı, sudan park və bostanların suvarılması üçün istifadəni, yeni quyular qazmağı qadağan edib. Ekspertlər yaxın zamanlarda qablaşdırılmış suyun qiymətində kəskin sıçrayış proqnozlaşdırırlar.


Günün bütün mövzuları

XS
SM
MD
LG