Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:46

Rusiyada QİÇS-ə yoluxanların sayı 400 minə çatıb


Son üç ildə Rusiyada QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) yoluxanların sayı artır.


Bunu Rusiyanın QİÇS-lə Mübarizə və Profilaktika Mərkəzinin rəhbəri Vadim Pokrovski deyib.


2004-cü ildə 35 min yeni yoluxma halı qeydə alınıb. 2006-cı ildə isə təzə yoluxanların sayı 40 minə çatıb.


Rusiyada yoluxanların ən yüksək həddi 1991-ci ildə olub - 80 min nəfər.


Son 18 ildə QİÇS/HİV virusu 400 min rusiyalıda aşkarlanıb.


Hər gün Rusiyada 100-dən çox yeni HİV/QİÇS infeksiyası qeydə alınır.


Cənubi Qafqaz ölkələri arasında ən çox QİÇS/HİV virusuna yoluxanlar Azərbaycandadır. Azərbaycan QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Tofiq Musayevin bildirdiyinə görə, bu il martın sonunadək 1031 şəxsdə HİV-ə yoluxma faktı qeydə alınıb. Onlardan 55-i əcnəbi, 976-ı isə Azərbaycan vətəndaşıdır. HİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 818-i kişi, 158-i qadındır.


XS
SM
MD
LG