Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:00

Azərbaycan təyyarələri Türkiyədə həbs oluna bilər


«Azal»dan Türkiyədə yaranmış problemlə bağlı hər hansı məlumata malik olmadıqlarını bildiriblər
«Azal»dan Türkiyədə yaranmış problemlə bağlı hər hansı məlumata malik olmadıqlarını bildiriblər

Belə bir xəbərdarlıq Türkiyənin «Axşam» qəzetinin 16 may 2007-ci il tarixli sayındadərc olunub. Qəzet yazır ki, 1993-cü ildən Azərbaycan təyyarə akumlyatorlarının modernləşdirilməsilə bağlı Türkiyənin «Avrasya» şirkətinə sifarişlər verirmiş. Şirkət bu sifarişlə bağlı 3 il davamlı olaraq Azərbaycandan vəsait alsa da, 1996-cı ildə şirkətin alacağı 50 min dollar ödənilməyib. İndi həmin 50 min dollarlıq borc faizlə birlikdə 200 min dollara çatıb. Şirkət bu pulun alınmasıyla bağlı Azərbaycan dövlətini məhkəməyə verib. Ankara 16-cı İcra Məhkəməsi isə İstanbul Hava Limanına enən Azərbaycan Hava Yollarına məxsus təyyarəyə həbs qərarı çıxarıb.


Qəzetin yazdığına görə, Azərbaycan tərəfinin etirazlarından sonra işə yenidən baxılıb. Bəzi sənədlərin çatışmadığı əsas göstərilərək məhkəmə əmlaka həbs qoyulması qərarını aradan qaldırıb.


Amma məsələ bununla bitməyib, şirkət yenidən Apellyasiya Məhkəməsinə müraciət edib. Şirkətin vəkili Nesilhan Benlierin bildirdiyinə görə, məhkəmə şirkətin tələbinə uyğun qərar çıxararsa, onda Türkiyəyə uçan və Azərbaycana məxsus təyyarəyə həbs qoyulacaq.


«Azal» Hava Yolları Dövlət Konserni Mətbuat Xidmətinin rəhbəri Məhərrəm Səfərli isə «Azadlıq» radiosuna bildirib ki, şirkət bu barədə hər hansı məlumata malik deyil.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG