Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:34

«2009 və ya 2010-cu ildə Azərbaycan kosmosa süni peyk buraxacaq»


«Azərbaycanın kosmosa süni peyk buraxmaqda məqsədi onun böyük iddiaları ilə bağlıdır. Azərbaycan Şərqlə Qərb arasında tranzit informasiya mərkəzi rolunu oynamaq iddiasındadır». Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov belə deyir. Nazirin sözlərinə görə, hazırda hökumət Beynəlxalq Telekommunikasiya İttifaqı və Rusiya ilə danışıqları davam etdirir və 2008-ci ildə lisenziya almağa hazırlaşır. İşlər qaydasında gedəcəyi təqdirdə, 2009 və ya 2010-cu ildə kosmosa süni peyk buraxılacaq: «Layihənin ən böyük problemi maliyyə ilə bağlıdır. Ondan 20-25 faiz Azərbaycan yararlanacaq, yerdə qalanı satılacaq».


Cənab Abbasov deyir ki, SSRİ dağılandan sonra geostasionar orbitdə Azərbaycana aid bütün mövqelər Rusiyanın əlinə keçib.


Günün bütün mövzuları

XS
SM
MD
LG