Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:00

«Şəhər telefonundan mobil telefona zəngin qiyməti aşağı salınacaq»


Telefon danışıqlarının qiymətinə yenidən baxılacağı istisna edilmir

Telefon danışıqlarının qiymətinə yenidən baxılacağı istisna edilmir

Yaxın vaxtlarda şəhər telefonundan mobil telefona zənglərin qiyməti aşağı salınacaq. Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovun sözlərinə görə, məqsəd odur ki, mobil operatorlar da qiymətləri aşağı salsınlar.


Nazir həmçinin deyir ki, şəhərdaxili danışıqların limitlə olması rabitə xidmətlərinin keyfiyyətinə səbəb olacaqdı: «Amma Tarif Şurası hesab etdi ki, əhali hələlik buna hazır deyil və qərar təxirə salındı».


Cənab Abbasov bir müddət sonra qiymətlərə yenidən baxılacağını istisna etmir.


Tarif Şurasının mayın 14-də qəbul etdiyi qərarla əhali qrupu üçün rabitə sahəsində abunə haqqı 2 manat olub. Şəhərlərarası və beynəlxalq danışıqların qiyməti isə ucuzlaşıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG