Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:25

«Macarıstan qazla təminat məsələsində çətinlik çəkir və Azərbaycanın dəstəyinə ehtiyacı var»


Macarıstanın Xarici İşlər naziri xanım Kimqa Gönts azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşündən sonra jurnalistlərə açıqlamasında belə deyib.


Xanım Gönts bəyan edib ki, Macarıstanın enerji məsələsində Azərbaycanın köməyinə ehtiyacı var. Nazir NABUCCO adlı layihədə Azərbaycanın iştirakını Macarıstanın dəstəklədiyini söyləyib: «Əsas məsələ layihənin adı deyil. Əsas odur ki. Macarıstan qazla təminat məsələsində çətinlik çəkir və Azərbaycanın dəstəyinə ehtiyacı var».


NABUCCO layihəsi Avropanın ehtiyaclarını ödəmək üçün «Transxəzər» qaz kəmərinin çəkilməsini nəzərdə tutur.


XS
SM
MD
LG