Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:49

Əli İnsanovun səhhəti yenidən pisləşib


Keçmiş Səhiyə naziri 11 il azadlıqdan məhrum edilib

Keçmiş Səhiyə naziri 11 il azadlıqdan məhrum edilib

Keçmiş Səhiyyə naziri Əli İnsanovun səhhəti yenidən pisləşib. Bunu «Azadlıq» radiosuna mayın 17-də 1 saylı Bayıl İstintaq Təcridxanasında İnsanovla görüşən vəkil Ağaveys Şahverdi deyib. Onun sözlərinə görə, sabiq nazir yenə məhz onurğa sütunundakı yırtıqla bağı ağrılardan əziyyət çərir. Vəkil deyir ki, Ə.İnsanovun son həftələr rütubətli kamerada saxlanması onun ağrılarını bir qədər də gücləndirib.


Sabiq nazir səhhətindəki ağrılarla bağlı müalicə müəssisəsinə köçürülməsi üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəhbərliyinə müraciət etmişdi. Ancaq həmin idarə İnsanovun müalicə müəssisəsinə köçürülməsinə icazə verməmişdi. Penitensiar Xidmətin rəhbərliyi hesab edir ki, sabiq nazir təcridxanada da müalicə edilə bilər. İdarənin bu mövqeyindən narazı qalan Ə.İnsanov isə Səbail Rayon Məhkəməsinə müraciət edib.


Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilib. 2007-ci il aprelin 20-də isə vəzifə cinayətlərində ittiham edilən keçmiş Səhiyə naziri 11 il azadlıqdan məhrum edilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG