Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 14:30

«Neftçi» uduzdu


Mayın 17-də futbol üzrə ölkə çempionatında 25-ci turun oyunları keçirilib. «Neftçi» «Şəfa» stadionunda «Olimpik»lə qarşılaşıb. Hesabı 11-ci dəqiqədə «Neftçi» açıb. Rəşad Sadıqov penaltini dəqiq yerinə yetirib 0-1. İlk hissə bu hesabla başa çatıb. İkinci yarıda fəallığı artıran «Olimpik» 64-cü dəqiqədə Banquranın qolu ilə tarazlığı bərpa edib: 1-1. Beş dəqiqə sonra «Olimpik» daha bir qol vurub. Bu dəfə Xəqani Məmmədov fərqlənib 2-1. Oyun bu hesabla başa çatıb. «Neftçi»nin ən yaxın izləyicisi «Xəzər-Lənkəran» isə «Şahdağ»ı qəbul edəcək.


Digər oyunda «Gənclərbirliyi» öz meydanında «Gilan»a 0-1 hesabı ilə məğlub olub. Qonaqların yeganə qolunu son dəqiqədə Asif Məmmədov vurub.


Mayın 23-də baş tutacaq sonuncu turda «Neftçi» «Turan»la, «Xəzər-Lənkəran» isə «Gilan»la qarşılaşacaq.


XS
SM
MD
LG