Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:15

Jurnalistlər iyunun 12-də yürüş keçirmək istəyirlər


İyunun 12-də jurnalistlər kütləvi yürüş keçirmək niyyətindədirlər. Bu barədə Redaktorlar Birliyinin mayın 17-dəki toplantısında qərar verilib.


Jurnalistlərin hər çərşənbə axşamı «Sabir» bağında piket keçirmək qərarı qüvvədə qalır


«Qanun» jurnalının redaktoru Şahbaz Xudoğlu deyir ki, onlar bu məqsədlə yaxın günlərdə Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərəcəklər.


Şahbaz Xudoğlu bildirir ki, hər çərşənbə axşamı «Sabir» bağında piket keçirmək qərarları da qüvvədə qalır. Redaktorun sözlərinə görə kütləvi aksiyalar keçirməkdə məqsəd son zamanlar jurnalistlərin bir-birinin ardınca həbs edilmələrinə və bütövlükdə söz azadlığına artan təzyiqlərə etiraz etməkdir.


XS
SM
MD
LG