Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:30

AŞPA sədri siyasi gərginliyi aradan qaldırmaq üçün Kiyevə səfərə hazırlaşır


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Rene van der Linden Ukraynada mürəkkəbləşən siyasi vəziyyətdən kompromis tapmaq üçün mayın 20-də Kiyevə səfərə gələcək.


«Mən tərəfləri ümumi dil tapmağa çağırıram»


Səfəri ərəfəsində AŞPA sədri bəyanatla çıxış edib: «Mən tərəfləri gələcək parlament seçkilərinin keçirilməsi və yeni konstitusiya islahatlarının aparılması üçün ümumi dil tapmağa çağırıram». Bu barədə «RİA Novosti» xəbər yayıb.


Avropa Şurasının yaz sessiyasında baş nazir Viktor Yanukoviçin və Ali Radanın spikeri Aleksandr Morozun iştirakı ilə Ukraynadakı siyasi vəziyyət müzakirə edilmişdi. Müzakirələrin sonunda qəbul olunmuş Assambleyanın bəyanatında deyilirdi ki, tərəflər gərginliyi qanunvericiliyə müvafiq qayda da sülh yolu ilə aradaq qaldırmalıdırlar.


Ukraynada siyasi böhran parlamentin buraxılması haqqında prezident Viktor Yuşşenkonun 2 aprel tarixli fərmanından sonra yaranıb. Aprelin 26-də isə dövlət başçısının imzaladığı yeni fərmanla Ali Radaya növbədənkənar seçkilərin vaxta iyunun 24-nə təyin edilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG