Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 02:34

Naxçıvanda Babək rayonunda bəzi özəl ticarət və xidmət obyektləri sökülüb


Mayın 16-da Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şıxmahmud kəndində polis 15-ə yaxın ticarət, xidmət obyektini söküb. Kənd nümayəndəliyi bu addımı abadlaşdırma işləri ilə əlaqələndirib.


Lakin obyekt sahibləri bildirirlər ki, onlar sökülmüş obyektləri: mağazaları, bərbərxanaları, çayxanaları özəlləşdiriblər. Onların sahibkarlıq fəaliyyətinə lisenziyaları var və vergiləri müntəzəm ödəyirdilər.


Sökülmüş obyektlərdən birinin sahibi Məzyəddin Bayramov onu mətbuata şikayət edəcəyi təqdirdə hədələyən yerli polis rəisi tərəfindən zorakılığa məruz qalıb.


Sahibkarların Naxçıvan Ali Məclisinə şikayət etmək cəhdləri də alınmayıb.


XS
SM
MD
LG