Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:46

İran prezidentinin Azərbaycana ilk rəsmi səfəri gözlənilir


Əhmədinejat artıq iki dəfə Azərbaycanda işgüzar səfərdə olub
Əhmədinejat artıq iki dəfə Azərbaycanda işgüzar səfərdə olub

İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadın Azərbaycana ilk rəsmi səfəri planlaşdırılır. Bu barədə «Novosti-Azerbaydjan»a müsahibəsində İranın Bakıdakı səfirliyinin ikinci katibi Məmmədrza Rəşidi məlumat verib. Hazırda diplomatik kanallar prezidentin səfərinə hazırlıq işləri aparırlar.


Əhmədinejat artıq iki dəfə Azərbaycanda səfərdə olub. Ötən il o, İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən samitində iştirak edib, daha sonra isə Naxçıvan Muxtar Respublikasına təbii qaz xəttinin açılışına qatılmışdı. Amma hər iki səfər işgüzar xarakter daşıyırdı.


Diplomatın sözlərinə görə, dövlət başçısının rəsmi səfərinə hazırlıq məqsədi ilə bu yaxınlarda Xarici İşlər naziri Elmar Məmmədyarov İrana səfər edəcək.


İran prezidentinin səfəri yay aylarında gözlənilir. Səfər çərçivəsində iki ölkə arasında müxtəlif sahələri əhatə edən sənədlər imzalanacaq.


Prezident Əliyev 2005-ci ildə İrana rəsmi səfərdə olub. O zaman sosial-iqtisadi sahələri əhatə edən 9 sənəd imzalanıb. Səfərdə Azərbaycan-İran arasında vətəndaşların gediş-gəlişinin sadələşdirilməsi, Bakı-Təbriz təyyarə reysinin açılması, İran tərəfindən Azərbaycan iqtisadiyyatına 1 milyon dollar əvəzsiz kreditinin ayrılması razılaşdırılmışdı.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG