Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:03

Haraşti daha iki jurnalistin həbsindən şoka düşdüyünü deyir


«Ancaq söz azadlığı ilə medianın özünüidarəsinin birləşməsi professionallığı gücləndirər»
«Ancaq söz azadlığı ilə medianın özünüidarəsinin birləşməsi professionallığı gücləndirər»

ATƏT-in Mətbuat Azadlığı üzrə nümayəndəsi Miklos Haraşti deyir ki, Azərbaycanda daha iki jurnalistin həbsi xəbərindən şoka düşüb: «Azərbaycanda jurnalistlərin amansız təqibi ATƏT-in ən böyük öhdəliyi olan jurnalist təhlükəsizliyini pozur. Son bir neçə həftədə mənim ofisim beş jurnalistin böhtan və təhqirə görə, həbs atıldığını qeydə alıb. Onların yeganə səhvi o olub ki, rəsmiləri tənqid ediblər».


Cənab Haraşti deyir ki, Azərbaycan ATƏT regionunda jurnalistlər üçün ən təhlükəli yerlərdən birinə çevrilib. «Mən prezident İlham Əliyevlə görüşümdə də dedim ki, onun müşavirlərinin bu cür repressiyaların jurnalistlər arasında nizam-intizam və daha etik jurnalistika formalaşdıracağı barədə iddiası faciəvi bir səhvdir. Ancaq söz azadlığı ilə medianın özünüidarəsinin birləşməsi professionallığı gücləndirər».


M. Haraşti bir daha Cinayət Məcəlləsindən böhtan və təhqirə görə, cinayət məsuliyyətini nəzərdə tutan maddələrin çıxarılacağına ümid edir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG