Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:03

Azərbaycan mətbuatının vəziyyəti ABŞ-da ciddi narahatlıq doğurur


«Biz ümid edirik ki, böhtan haqqında məsələ cinayət qanunvericiliyindən çıxarılacaq»
«Biz ümid edirik ki, böhtan haqqında məsələ cinayət qanunvericiliyindən çıxarılacaq»

ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik «Müxalifət» qəzetinin iki əməkdaşının həbsinə münasibət bildirərkən belə deyib.


«Turan» xəbər verir ki, ABŞ-ın mövqeyi bir neçə dəfə səfir Enn Ders və Amerika hakimiyyəti nümayəndələri tərəfindən ifadə olunub. Henikin qeyd etdiyinə görə, Azərbaycan AŞ, ATƏT və NATO qarşısında mətbuat azadlığının təmin edilməsi də daxil olmaqla demokratik islahatlar keçirmək öhdəliyi götürüb.


Demokratik ölkələrdə jurnalistləri böhtana görə həbs etmirlər. «Biz ümid edirik ki, böhtan haqqında məsələ cinayət qanunvericiliyindən çıxarılacaq», -Henik bildirib. O, həmçinin hakimiyyət və KİV nümayəndələrinin mətbuatın professional səviyyəsinin yüksəldilməsi məqsədilə əməkdaşlıq edəcəklərinə ümid etdiyini bildirib.


Demokratiya təhlükəsizlik və energetika ilə birlikdə ABŞ-ın Azərbaycanla qarşılıqlı münasibətlərinin əsas prioritetləridir. Buna görə də, demokratiya sahəsində baş verənlər ikitərəfli münasibətlərə təsir edir, Henik «mətbuata qarşı davam edən repressiyalar Bakı və Vaşinqtonun münasibətlərinə necə təsir edirmi» sualına belə cavab verib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG