Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:52

«Müxalifət»çilərin Hüquqlarını Müdafiə Komitəsi yaradılıb


«Müxalifət» qəzetinin həbs olunmuş əməkdaşları – Rövşən Kəbirli və Yaşar Ağazadənin Hüquqlarını Müdafiə Komitəsi yaradılıb. Komitənin rəhbəri Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılıdır.


Komitə Redaktorlar Birliyi ilə birgə tədbirlər həyata keçirməyi planlaşdırır.


«Müxalifət» qəzetinin baş redaktoru Rövşən Kəbirli və şöbə müdiri Yaşar Ağazadə mayın 16-da iki il yarım müddətinə həbs olunublar. Jurnalistlər Milli Məclisin üzvü, akademik Cəlal Əliyevin iddiası əsasında həbs ediliblər.


Günün bütün mövzuları

XS
SM
MD
LG