Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:19

Bəzi qiymətlər qaldırılıb


Əhali üçün telefondan istifadəyə görə, aylıq abunə haqqı 2 manat müəyyən edilib
Əhali üçün telefondan istifadəyə görə, aylıq abunə haqqı 2 manat müəyyən edilib

Tarif Şurasının qərarı ilə bəzi qiymətlər yenidən qaldırılıb. Şuranın mayın 14-də qəbul etdiyi qərarla Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən göstərilən xidmətlərin sayı azaldılaraq 14-dən 7-yə endirilib. Birliyin balansında olan bağ sahəsi üzrə tətbiq olunan xidmət qiymətləri 9-28 manat arasında müəyyənləşdirilib.


Şuranın qərarı ilə həmçinin Dövlət Dəniz Adminstrasiyası tərəfindən Azərbaycan bayrağı altında üzən gəmilərin (kiçik həcmli gəmilər istisna olmaqla) dövlət qeydiyyatı və dövlət reyestrini aparmaq, habelə gəmi sənədlərinin, dənizçi pasportlarının və ixtisas şəhadətnamələrinin (diplomların) verilməsi xidmətlərinin tarifləri də dəyişdirilib. Müzakirələr nəticəsində 4-ə qədər xidmətlərin 3 maddə üzrə birləşdirilməsi qərara alınıb. Ümumilikdə isə ilk dəfə tətbiq olunan bu xidmətlərin sayı 17 olmaqla tariflər 10 manatdan 3200 manata qədər dəyişir. Tariflərin ən yüksək həddi limanlara şəhadətnamələrin verilməsində tətbiq ediləcək və birdəfəlik xarakter daşıyacaq.


Əhali üçün telefondan istifadəyə görə, aylıq abunə haqqı 2 manat müəyyən edilib. Respublika daxilində şəhərlərarası danışıqların bir dəqiqəsi 9 qəpikdən 7 qəpiyə endirilib. MDB və Baltikyanı ölkələr üzrə hər dəqiqə üçün 45 qəpikdən 36 qəpiyə, İran, Türkiyə, Pakistan 54 qəpikdən 45 qəpiyə, Avropa ölkələri üzrə 72 qəpikdən 54 qəpiyə, Amerika və digər ölkələr üzrə isə 90 qəpikdən 54 qəpiyə endirilib.


Yeni qəbul olunmuş tariflər iyunun 1-dən qüvvəyə minir.


Tarif Şurasına dərman vasitələrinin və maddələrin dövlət qeydiyyatına alınması xidmətləri, baytarlıq xidmətləri, İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin tarifləri, eləcə də kommunal (yaşıllaşdırma, işıqlandırma, küçələrin süpürülməsi) və mənzil-kommunal sahələrinə aid edilən xidmətlərin tariflərinin tənzimlənməsi ilə bağlı daxil olan təkliflər müzakirə edilib və təkmilləşdirilməsi və yenidən işlənməsi barədə qərar qəbul edilib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG