Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:10

«Jurnalistlərin həbsinə görə, Azərbaycan regionda aparıcı ölkədir»


Beynəlxalq təşkilat hakimiyyəti jurnalistlərin həbsinə son qoymağa çağırır

Beynəlxalq təşkilat hakimiyyəti jurnalistlərin həbsinə son qoymağa çağırır

Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanı «Müxalifət» qəzetinin iki əməkdaşının həbs edilməsi haqda məhkəmə hökmünü və böhtana görə cinayət məsuliyyətini ləğv etməyə çağırır.


«Kəbirli və Ağazadənin məhkum edilməsi Azərbaycan haqqında kəskin materialları qadağan etmək məqsədilə cinayət məsuliyyətinin utanmazcasına tətbiq olunmasının nümunəsidir», - deyə Komitənin icraçı direktoru Coel Saymon bildirib.


«Biz Azərbaycan hakimiyyətini böhtana görə cinayət məsuliyyətini ləğv etməyə və jurnalistlərin həbslərinə son qoymağa çağırırıq. Həbsxanada olan yeddi jurnalistlə Azərbaycan həbs edilmiş mətbuat işçilərinin sayına görə regionda aparıcı ölkə olub»,-deyə bəyanatda qeyd olunub.


«Turan»ın məlumatına görə, Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi hesab edir ki, hakimiyyət ünvanına yönələn tənqidi əzmək üçün uydurma ittihamlardan istifadə edir.


Mayın 16-da Yasamal Rayon Məhkəməsində deputatı Cəlal Əliyevin «Müxalifət» qəzetində şərəf və ləyaqətinin təhqir olunması iddiası əsasında məhkəmə iclası keçirilib. Şikayətçinin iddiası təmin olunub və jurnalistlər Rövşən Kəbirli və Yaşar Ağazadə məhkəmə zalındaca həbs olunublar.


Günün bütün mövzuları

XS
SM
MD
LG