Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:37

Jurnalistlərin azad olunması üçün dövlət orqanlarına sənəd təqdim ediləcək


Əflatun Amaşov «Müxalifət»çilər haqqında məhkəmə qərarını «xeyli sərt» adlandırıb

Əflatun Amaşov «Müxalifət»çilər haqqında məhkəmə qərarını «xeyli sərt» adlandırıb

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov «Müxalifət» qəzetinin baş redaktoru Rövşən Kəbirlinin və şöbə redaktoru Yaşar Ağazadənin həbs olunmalarını xeyli sərt qərar kimi qiymətləndirib.


«Mətbuat Şurası media təmsilçilərinin mətbu çıxışlara görə həbs olunmasının heç vaxt tərəfdarı olmayıb. Bu hökm elə bir vaxtda çıxarılıb ki, beynəlxalq təşkilatların tövsiyələri, Mətbuat Şurası və digər jurnalist təşkilatlarının maraqları əsasında «Diffamasiya haqqında» qanun layihəsi tez-tez gündəmə gətirilir. Mətbuat Şurası həbsdə olan bütün jurnalistlərin azadlığa çıxmaları istiqamətində səylərini davam etdirir. Şübhəsiz ki, «Müxalifət» qəzeti təmsilçiləri barədə də sözümüzü deyəcəyik» - deyə Əflatun Amaşov bildirib.


«Trend»in məlumatına görə, Mətbuat Şurası həbsdə olan bütün jurnalistlərin azadlığa buraxılmaları üçün geniş məsləhətləşmələr aparacaq və hazırlanacaq sənəd müvafiq dövlət qurumlarına təqdim ediləcək.


Mayın 16-da Yasamal Rayon Məhkəməsində deputatı Cəlal Əliyevin «Müxalifət» qəzetində şərəf və ləyaqətinin təhqir olunması iddiası əsasında məhkəmə iclası keçirilib. Şikayətçinin iddiası təmin olunub və jurnalistlər Rövşən Kəbirli və Yaşar Ağazadə məhkəmə zalındaca həbs olunublar.


Günün bütün mövzuları

XS
SM
MD
LG