Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:41

Həbs olunmuş jurnalistlərin dərhal azad edilməsi tələb olunur


Beynəlxalq Mətbuat İnstitutunun İstanbulda keçirilən illik qurultayı

Beynəlxalq Mətbuat İnstitutunun İstanbulda keçirilən illik qurultayı

Beynəlxalq Mətbuat İnstitutu (IPI) mayın 12-15-də İstanbulda illik qurultayını keçirib. 120-dən çox ölkədən redaktorların, nəşriyyatçıların, jurnalistlərin və hüquq müdafiəçilərinin iştirak etdiyi forumun iştirakçıları Azərbaycanda mətbuat azadlığının pisləşməsi haqqında bəyanat qəbul ediblər.


«Turan» xəbər verir ki, sənəddə xüsusən Elmar Hüseynov və Alim Kazımlının ölümündən, son aylar ərzində jurnalistlər haqqında məhkəmə qərarlarından danışılır.


«Azərbaycan hakimiyyətinin söz və mətbuat azadlığını qorumaq bacarıqsızlığı yalnız jurnalistlər üçün təhlükə deyil, həm də ölkənin insan hüquqları sahəsində öhdəliklərini pozmasıdır. Ona görə də, Beynəlxalq Mətbuat İnstitutu üzvləri Azərbaycan hakimiyyətini: həbs edilmiş jurnalistləri dərhal azad etməyə; böhtan və təhqirə görə cinayət məsuliyyətini ləğv etməyə; jurnalistlərin qətlinə və onlara basqınlarına görə cəzasızlığa son qoymağa çağırırlar»,-bəyanatda belə deyilir.


Bu sənəd Jurnalistlərin Azadlıq və Təhlükəsizlik İnstitutu tərəfindən müraciət nəticəsində qəbul edilib. Bu qeyri-hökumət təşkilatının başçısı Emin Hüseynov konqresdə iştirak edib və YUNESKO, ATƏT və Avropa Şurası nümayəndələri də daxil olmaqla, hökumət və qeyri-hökumət jurnalist təşkilatları ilə görüşlər keçirib. Görüş və danışıqların mövzusu son iki il ərzində Azərbaycanda mətbuat azadlığının vəziyyəti idi.


Forumun işində Türkiyənin baş naziri Rəcəb Tayip Erdoğan, ölkənin keçmiş prezidenti Süleyman Dəmirəl, ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti, AŞPA-nın prezidenti Piter Şider, Beynəlxalq Mətbuat İnstitutunun direktoru Yohan Frits və bir çox digər məşhur siyasi və ictimai xadimlər iştirak ediblər.


Günün bütün mövzuları

XS
SM
MD
LG