Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:07

Abşeron yarımadasında yeni arxeoloji abidələr aşkarlanıb


Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiya qrupu Abşeron yarımadasında yeni arxeoloji abidələr aşkarlayıb. Ekspedisiyanın rəhbəri İdris Əliyevin «Azadlıq» radiosuna verdiyi məlumata görə, Gürgan qəsəbəsinin ərazisində tapılan arxeoloji abidələr əsasən daş-qutu qəbirlərdir. Abidələrin bizim eradan əvvəl XII-V əsrlərə aid olduğunu deyən cənab Əliyevin sözlərinə görə, ilk dəfə bu ərazilər 1941-ci ildə tapılsa da, sonradan həmin yerlərdə heç bir tədqiqat işləri aparılmayıb.


Arxeoloq deyir ki, qutu qəbirlərdən nizə, xəncər, ox ucları və az miqdarda bəzək əşyalarının tapılması həmin qəbirlərin skif və sak tayfalarından olan döyüşçülərə məxsus olduğunu güman etməyə əsas verir.


Onun sözlərinə görə, belə abidələr Gəncə-Qazax, Gədəbəy və Xocalı ərazilərində də var.


XS
SM
MD
LG