Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:40

«Kosovo yenidən Serbiyanın hissəsi olmayacaq»


ABŞ-ın Dövlət katibi Kondoliza Raysın fikrincə, «bu qeyri-mümkündür».


«Exo Moskvı» radiostansiyasına müsahibəsində Rays deyib ki, ABŞ BMT Təhlükəsizlik Şurasına Kosovoya dair öz qətnamə layihəsini təklif edib. Amma eyni zamanda, Vaşinqton bu problem haqqında Rusiyanın mülahizələrini nəzərə almağa hazırdır.


Rusiya prezidenti Vladimir Putinlə danışıqlardan sonra Kondoliza Rays deyib ki, Avropada Amerikanın Raket Əleyhinə Müdafiə Sisteminin yerləşdirilməsinə Rusiyanın mane olmasına yol verməyəcəklər.


Rays həmçinin, enerjidaşıyıcıların tədarükü marşrutlarının mümkün qədər diversifikasiyasını (müxtəlifləşdirilməsini) dəstəklədiklərini söyləyib. Deyib ki, neft və qaz tədarükündən siyasi təzyiq aləti kimi istifadə olunmamalıdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG