Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:36

Vəkil dövlət ittihamçılarına etirazını bildirib


Fərhad Əliyevin nümayəndəsi dünyanın heç bir yerində belə məhkəmə görmədiyini bildirib

Fərhad Əliyevin nümayəndəsi dünyanın heç bir yerində belə məhkəmə görmədiyini bildirib

Mayın 15-də keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyev və onun qardaşı «Azpetrol» şirkətinin keçmiş prezidenti Rafiq Əliyevin məhkəmə prosesi başlayıb. Proses Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə gedir.


Əksər jurnalistlər məhkəməyə buraxmayıblar. Hakim bunun səbəbəini zalda yerlərin azlığı ilə əsaslandırıb. Vəkil İsaxan Aşurov isə deyib ki, məhkəmə zalında yerlər azaldılıb.


Əliyev qardaşlarının Avropa İnsan Haqları Məhkəməsində nümayəndəsi Lüsi Ceyms jurnalistlərə dünyanın heç bir yerində belə məhkəmə görmədiyini bildirib.


Fərhad Əliyevin vəkili İsaxan Aşurov səlahiyyət müddəti başa çatdığından məhkəmə heyətinə etiraz edib. 1 saatlıq müşavirədən sonra vəsatət təmin olunmayıb.


Daha sonra Fərhad Əliyevin digər vəkili Ramiz Məmmədov dövlət ittihamçıları Bəşir Cəfərov və Nazir Bayramovun prosesdə dövlət ittihamçısı kimi iştirakına etirazını bildirib. Hazırda həmin etiraz məhkəmə iştirakçıları tərəfindən müzakirə olunub.


Növbəti fasilədən sonra hakim prosesin mayın 16-da davam etdiriləcəyini elan edib. Vəkil Məmmədovun etirazına dair qərar da həmin prosesdə elan olunacaq.


İş üzrə təqsirləndirilən Fərhad Əliyev, Rafiq Əliyev və İqtisadi İnkişaf Nazirliyinin keçmiş əməkdaşlarından ibarət olan 17 nəfərə Cinayət Məcəlləsinin mənimsəmə və ya israf etmə, qanunsuz sahibkarlıq, qaçaqmalçılıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma, vəzifə saxtakarlığı maddələri ilə ittiham elan olunub.


Günün bütün mövzuları

XS
SM
MD
LG