Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:54

«ABŞ Rusiyaya böyük, lakin kasıb ölkə kimi baxmamalıdır»


Bəyanatların tonunu dəyişib, diqqəti işdə cəmləmək lazımdır.

Bəyanatların tonunu dəyişib, diqqəti işdə cəmləmək lazımdır.

Bəyanatların tonunu dəyişib, diqqəti işdə cəmləmək lazımdır. Təkbətək görüşdə ABŞ Dövlət katibi Kondoliza Raysın bu fikri ilə Rusiya prezidenti Vladimir Putin razılaşıb. Görüşdən qabaq Dövlət katibi deyirdi ki, Rusiyanın bəzi rəsmilərinin emosional bəyanatları konstruktiv deyil. Maraqlıdır ki, belə bəyanatları çoxunun müəllifi Putinin özüdür.


Kosovo məsələsində irəliləyiş alınmayıb, tərəflər razılaşıblar ki, hər iki tərəfi qane edən həll tapılmalıdır, ancaq belə həll hələ ki görünmür. Bu fikirlər Kondoliza Raysla Vladimir Putinin danışıqlarından informasiya agentliklərinin verdiyi xəbərlərdir.


Şərqi Avropanın bir sıra ölkələrində yeni raket sisteminin yerləşdirilməsi məsələsindən nə Kreml, nə də Amerika rəsmiləri danışmırlar. «Reuters»in izahı budur ki, bu məsələyə Putinlə Buşun gələn ay gözlənilən görüşündə aydınlıq gətirilə bilər.


Amerikanın nüfuzlu «Boston Globe» qəzeti Kondoliza Rays-Vladimir Putin görüşünü münasibətlərə qorxunc sınaq adlandırırdı. Bağlı qapılar arxasındakı bu görüşdə müəyyən olunmalı idi ki, Rusiya-Amerika münasibətlərində düz gəlməyən nədir?


Hərçənd Dövlət katibi görüş ərəfəsində deyib ki, Amerika ilə Rusiya arasında soyuq müharibə başlanmır, indi intensiv diplomatiya dövrüdür. Rusiya SSRİ deyil, tərəflərin öz mövqelərindən geri çəkiləcəyini heç kim gözləmir.

Geri çəkilməmək üçün Rusiyanın da əlində öz kartları var, Amerika dünya lideridirsə, Rusiya da enerji lideridir
«Reuters»in yazdığı kimi, görüş ərəfəsi Rusiya rəsmiləri işarə ediblər ki, Vaşinqtonla normal münasibətlər yaxşıdır, ancaq Rusiya maraqlarını buna qurban verə bilməz.


Rusiya prezidenti Putin ballistik raketlər haqda müqavilədən çıxacağı ilə hədələyir. Rusiyanı narazı salan Vaşinqtonun Şərqi Avropada raketlərdən müdafiə qalxanı yaratmasıdır, Raysın Moskva səfərinin əsas məqsədi buna aydınlıq gətirmək idi. Ancaq bu, Rusiyanın narahatlığını azaldımı?


İkinci əsas məsələ Kosovoya faktiki müstəqillik verən BMT planına Rusiyanın qəti narazılığıdır. «New-York Times»ın yazdığı kimi dünyadakı bütün münaqişələrin həllində əsas oyunçulardan biri olan Rusiyanı razı salmaq Rays üçün çətin məsələdir. Çünki geri çəkilməmək üçün Rusiyanın da əlində öz kartları var, Amerika dünya lideridirsə, Rusiya da enerji lideridir, üstəlik Rusiya enerji ilə zəngin olan qonşularından da Amerika və Avropanın planlarına qarşı əks hücuma keçib. «Moskow Times» öz növbəsində yazır ki, Moskva durub baxa bilməz ki, Avropa Rusiyanın nüfuzunda olan qonşu ölkələrdən Qərbə - Rusiyadan yan keçən kəmərlər çəksin.



Dövlət Departamentinin keçmiş rəsmisi, indi isə «Eurasia Group» adlı təşkilatın rəhbəri Klifford Kupçan hesab edir ki, belə konkret görüşlər öz yerində, ancaq Amerika –Rusiya münasibətlərinin korlanmaması üçün ABŞ Rusiyaya böyük, lakin kasıb ölkə kimi yox, məsələn iqtisadiyyatda Çinə baxdığı kimi, siyasətdə də Rusiyaya baxsın. Bu da Rusiyaya nümayiş olunsun. Məsələn, İranla nüvə böhranının həllinə Rusiyanı da yaxından cəlb etmək olar.



Amerika ilə Rusiya arasında hərbi sahə daha şəffaf ola bilər. Klifford Kupçanın fikrincə, burda problem qarşılıqlı şübhələrdədir. Dövlət Departamentinin keçmiş rəsmisi deyir ki, Amerika Rusiya ilə biznesi də canlandıra bilər. Çünki Amerika biznesi Rusiyanın yüksək riskli ölkə hesab edir. Hərçənd burda çətinlik böyükdür, ancaq bu çətinliyi aradan qaldırmağa dəyər.


Günün bütün mövzuları

XS
SM
MD
LG