Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:01

Naxçıvanın bir sıra kəndlərini su basıb


Daşqından Kəngərli rayonunun Təzəkənd və Şaxtaxtı yaşayış məntəqələri, həmçinin Sədərək ziyan çəkib

Daşqından Kəngərli rayonunun Təzəkənd və Şaxtaxtı yaşayış məntəqələri, həmçinin Sədərək ziyan çəkib

Mayın 14-ü axşamdan başlayaraq Araz çayının daşması nəticəsində Naxçıvan Muxtar Respublikasının bir sıra ərazilərini su basıb. Kəngərli rayonunun Təzəkənd yaşayış məntəqəsində 15-ə yaxın evi su basıb. Kənddə yerləşən sərhəd bölüyünün ərazisi də su altında qalıb. Hərbi hissədə yalnız qayıqla hərəkət etmək mümkündür.


Bundan başqa rayonun ən böyük yaşayış məntəqəsi olan Şaxtaxtı kəndi də daşqından ziyan çəkib. Kəndə yerləşən İranla gömrük keçid məntəqəsi fəaliyyətinin dayandırıb.


Araz çayı Sədərək rayonuna da ziyan vurub. Türkiyə ilə Naxçıvan arasında olan gömrük məntəqəsinin ətrafında yerləşən inzibati binalar ziyan çəkib. Amma Türkiyə ilə gediş-gəliş dayanmayıb.


2006-cı ildə də Kəngərli rayonunda analoji hadisə baş verib. Həmin vaxt Fövqəladə Hallar Nazirliyi Təzəkəndin 35 evində təmir-bərpa işləri aparıb, 20 evi isə yenidən tikmişdi. Daşqının qarşısını almaq üçün bənd ucaldılmışdı.


Günün bütün mövzuları

XS
SM
MD
LG