Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:16

Avropa Birliyi Özbəkistana qarşı sanksiyaların müddətini uzadıb


Avropa Birliyi (AB) Özbəkistana qarşı sanksiyaları daha yarım il uzadıb.

Birlik ölkələrinin Xarici İşlər nazirləri Brüsseldə müşavirədən sonra bəyanat veriblər. Sənəddə «Özbəkistanda insan haqlarının vəziyyətindən ciddi narahatlıq» ifadə olunur.


AB sanksiyaları Əndicanda qanlı hadisələrdən sonra tətbiq edib. Hüquq müdafiəçilərinin məlumatına görə, 2005-ci ilin mayında dinc nümayişin gülləyə tutulması zamanı şəhərdə yüzlərlə adam ölüb.


XS
SM
MD
LG