Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:28

«Müxalifət» qəzetinin baş redaktoru beynəlxalq təşkilatlara müraciət etdi


Mayın 14-də Yasamal Rayon Məhkəməsində hakim Məlahət Abdulmanafovanın sədrliyilə akademik Cəlal Əliyevin «Müxalifət» qəzetinin baş redaktoru Rövşən Kəbirli və nəşrin şöbə redaktoru Yaşar Ağazadəyə qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə növbəti proses keçirilib.Məhkəmənin gedişindən daha iki jurnalistin həbs olunma ehtimalının böyük olduğunu düşünən rezet redaktoru beynəlxalq təşkilatlara, demokratik təsisatlara müraciət edib, onları bu prosesə etinasız yanaşmamağa çağırıb.


«Müxalifət» qəzetinin 24 fevral 2007-ci il tarixli sayında dərc edilmiş «A.M.A.Y.-Əliyevlər ailəsinin ticarət nişanı» sərlövhəli yazıda bəzi məlumatları özünə qarşı böhtan hesab edən Cəlal Əliyev yazı müəllifi və baş redaktorun Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrilə cəzalandırılmasını istəyir.


XS
SM
MD
LG