Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:07

Əmlak Komitəsi AXCP-nin qərargah istəyini mənfi cavablandırdı


Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Azərbaycan Xalq Cəhbəsi Partiyasının (AXCP) şəhərin mərkəzində ona qərargah verilməsi ilə bağlı müraciətinə mənfi cavab verib. Komitə hesab edir ki, partiya Keşlə qəsəbəsində qərargahla təmin edilib və orada da fəaliyyət göstərməlidir. Komitənin Mətbuat Xidmətinin rəhbəri Qulu Xəlilov bildirir ki, şəhərin mərkəzində AXCP-nin istəyinə uyğun yer olmadığından onlar partiyanın müraciətinə mənfi cavab verməli olublar.
AXCP funksionerləri isə bildirirlər ki, Keşlə qəzsəbəsində verilmiş yerdə normal şərait olmadığından onlar şəhərin mərkəzində qərargahla təmin olunmalarını istəyirlər. Bu məqsədlə də sözügedən komitəyə bu ilin yanvar və mart aylarında iki dəfə müraciət ediblər.


AXCP 1994-cü ildən «Azadlıq» qəzetinin redaksiyasında (Xəqani küçəsi 33) yerləşirdi. 2006-cı ildə məhkəmənin qərarı ilə partiya və bu ünvanda yerləşən bir neçə KİV ordan çıxarılıb.


XS
SM
MD
LG