Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:39

«Qızılgül inqilabı» nəticəsində biz çox şeyə nail olmuşuq»


«Əliyev çox gözəl başa düşür ki, demokratiya normal, inkişaf etmiş ölkəyə malik olmağın yeganə yoludu»
«Əliyev çox gözəl başa düşür ki, demokratiya normal, inkişaf etmiş ölkəyə malik olmağın yeganə yoludu»

Gürcüstan parlamentinin spikeri Nino Burcanadze «Azadlıq» radiosuna eksklüziv müsahibə verib. Müsahibəni təqdim edirik:


«Azadlıq»: Xanım Burcanadze, Gürcüstanda «narıncı inqilab» olanda Azərbaycanda bəziləri ümidləndi ki, bu, demokratiyanın qonşu ölkələrə də yayılmasına kömək edəcək. Amma indi prezident Saakaşvili azərbaycanlı həmkarı İlham Əliyevi yaxın dostu adlandırır. Siz «qızılgül inqilabı»nın liderləri kimi qarşınıza demokratiyanı yaymaq missiyası qoymusunuzmu?


Nino Burcanadze: Səmimi desəm, mən də cənab Əliyevi öz dostum adlandırmaqda qürur duyuram. O, doğrudan da bizim çox yaxşı dostumuzdur. Həm prezident Saakaşvilinin, həm də mənim. O, çox ağıllı və maraqlı adamdı, inanın, mən bilirəm ki, o, demokratik dəyərlərin, Avropa dəyərlərinin qiymətini bilir.Cənab Əliyev çox savadlı adamdı, amma ola bilər ki, bəzi istiqamətlərdə bu və ya digər addımları atmaqda ehtiyatlı hərəkət edir. Amma mən əminəm ki, o, ölkəsini normal yerə aparıb çıxaracaq. O, çox gözəl başa düşür ki, demokratiya normal, inkişaf etmiş ölkəyə malik olmağın yeganə yoludu. Mən Azərbaycanın gələcəyini işıqlı görürəm. Biz heç vaxt unutmayacağıq ki, prezident Əliyev Gürcüstan üçün nə edib. O, keçən qış baş verən qaz böhranı vaxtı Azərbaycanda istifadə olunan qazı azaltdı və Gürcüstana göndərdi. Belə qərarları vermək asan deyil, çünki Azərbaycanda da qış idi. Amma o, dedi ki, gürcüstanlılar indi blokadadılar və biz onlara kömək etməliyik. Biz düşünürük ki, əgər Gürcüstan demokratik olsa, Azərbaycan, Ermənistan, Rusiya demokratik olsa, region dövlətləri daha sabit, daha da çiçəklənən olar. Amma təəssüf ki buna vaxt lazımdı. Siz deyə bilməzsiniz ki, bu gün yatacağam və sabah durub qərar verəcəyəm ki, mənim ölkəmdə Avropa demokratiyası olmalıdı. Sizin vaxta, səylərə, beynəlxalq ictimaiyyətdən dəstəyə ehtiyacınız var. Bizim tərəfdən əlimizdən nə gəlirsə, onu edəcəyik – yəni öz nümunəmizdə nümayiş etdirəcəyik ki, demokratiyaya malik olmaq necə mühümdü. Çünki bu üç ildə - «qızılgül inqilabı» nəticəsində biz çox şeyə nail olmuşuq. Biz düzgün istiqamətdə gedirik. Mən düşünürəm ki, bu, başqa ölkələr üçün cəlbedici nümunə olacaq. Ola bilər ki, bu cəlbedici nümunə və uğur hekayəti bizim ümumi qorxulu düşmənlərimizi narahat edir. Çünki onlar Gürcüstanın uğur qazanmasını istəmirlər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG